Subay gənclərə də sosial ipoteka krediti verilməlidir | Banco.az

Subay gənclərə də sosial ipoteka krediti verilməlidir

2015-ci ildə Dövlət büdcəsindən 50 milyon manat vəsait sosial ipoteka kreditlərin verilməsinə ayrılacaq. 2014-cü ildə bu rəqəm 40 milyon manat idi. Banco.az portalı iqtisadçı-ekspert Vüqar Bayramova istinadən məlumat verir. Praktik olaraq sosial ipoteka kreditlərinin verilməsinə ayrılan vəsait bu il əvvəlki ilə nisbətən 25 faiz artırılıb. Eyni zamanda sosial ipoteka kreditlərinin faizi 4-dür və bu dövlət büdcəsindən ayrılan vəsaitdir. Ona görə də bu kredit kommersiya xarakterli ola bilməz. Biz təklif edirik ki, sosial ipoteka kreditlərinin faiz dərəcəsi 4 faizdən 2 faizədək endirilsin.

Ən sərfəli kredit üçün müraciət et

Sosial ipoteka kreditlərinin verilməsinin təkmilləşdirilməsi olduqca vacibdir. Beləliklə, hazırda subay gənclər bu ipoteka kreditlərindən istifadə edə bilmir. Baxmayaraq ki, bugün gənclərin ailə qurmamasının yaxud gec qurmasının səbəbi subay gənclərin mənzil problemidir. Ona görə də subay gənclərin də sosial ipoteka kreditlərinin verilməsinə ehtiyac var. 

Ən sərfəli krediti almaq üçün müraciət et