Öz işinizi qurmaq və ya yaxşı bir işdə çalışmaq sizi sevindirə və qazandıra bilər, amma bu sizin mental sağlamlığınıza da təsir edə bilər. Bütün diqqətini, vaxtını işə vermək sizi yora və bəzi şeylətin görməzdən gəlməsinə səbəb ola bilər. Siz qorxursunuz ki, gözünüzü yumarsınız və birdən hər şey gedə bilər. Bu səbəbdən də işdən ayrılmırsınız və ailənizə, dostlarınıza, özünüzə vaxt ayırmırsınız. Belə halda isə işinizin, gəlirinizin düşməni olan stress yaranır.
Stressli bir mühitdə çalışmaq sizin İQ-zi azaldacaq və beyninizi ikiyə böləcəkdir. Yarım beyinlə işləmək sizin emosiyalarınızı kəskin şəkildə artıracaqdır. Stressli olarkən qərar qəbul etmək işin mənfi nəticələrini gözardı etmək deməkdir.Bu, insanlarda anormal şəkildə yalnız pozitiv sonları düşünməyə təşviq edir. Ən pisi isə stressli bir mühitdə və “özünü xilas edici” halında işləmək insanları pul qazanmaq üçün qeyr-etik davranmağa cəlb edir.
Problem nədir?
Stress sizin uzunmüddətli gəlir qazanmanız əvəzinə, tez qazanılan məbləğ üçün qısamüddətli qərarlar verməyinizə səbəb olur. Bu, o deməkdir ki, siz öz maraqlarınız üçün çalışırsınız və müştərilərinizin istəyinə xitab etmirsiniz. Bu cür pis qərarlar sizi həmişə maddi problemlərə sürükləyir, hətta daha çox stress yaradır.
Biznes stresini azaldın
- Həftə başlamamışdan əvvəl planınızı hazırlayın.
- İş nağd puluna qənaət edin.
- Daimi gəlir/xərc hesabatınız olsun.
- Boş zamanınızı öncədən planlayın.
- İşə başlamadan əvvəl idman edin.
- Məsuliyyətli iş yoldaşınız olsun.
- Yaxşı yeyin, yatın, meditasiya edin.
Bir şeyi də unutmayaq ki, stressli işlərə çox maaş verilə bilir. Ancaq həmin gəlir bir anda itə də bilər, çünki heç nə sizin sağlamlığınızdan dəyərli deyil və zərərli gəlir əsla uzunmüddətli gəlir deyildir.
markzone.az
Bizi sosial şəbəkələrdən izləyin!!