Strateji Yol Xəritəsi avropalı diplomatlara təqdim olundu | Banco.az

Strateji Yol Xəritəsi avropalı diplomatlara təqdim olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqı ölkələrinin Azərbaycanda olan səfirlər ilə görüşüb. Görüşdə məqsəd Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş Milli iqtisadiyyatın strateji yol xəritələrini avropalı diplomatlara təqdim etmək olub. Xüsusi olaraq vurğulanıb ki, Strateji Yol Xəritəsi Azərbaycan iqtisadiyyatının qlobal və regional çağırışlara cavab verməsinə hesablanıb.

Strateji Yol Xəritəsində biznes mühitinin inkişafı, dövlət müssəsilərinin idarə edilməsinin səmərəliliyinin artırılması, monetar və fiskal siyasətin yeni dövrün tələbinə uyğunlaşdırılması sahəsində sullara toxunulub. Avopalı səfirlər xüsusilə, turizm, maliyyə-bank, kənd təsərrüfatı, sənaye sahəsində aparılacaq işlərlə maraqlanıblar. V.Qasımlı sonda avropalı diplomatların Strateji Yol Xəritəsi ilə bağlı suallarına aydınlıq gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Görüş Avropa İttifaqının Azərbaycan nümayəndəliyində keçirilib.