Strategiya seçmək üçün müdirinizdən kömək istəyin | Banco.az

Strategiya seçmək üçün müdirinizdən kömək istəyin

Yeni strategiyanın müəllifinin öz işini rəhbəri ilə müzakirə etməyinin vaxtı gəlib çatır - bunu ya şirkətin qaydaları tələb edir, ya da fərdi tələbat belədir.

Əgər müəllif baş direktordursa, o zaman o direktorlar şurası və ya həmkarları qarşısında hesabat verməli olacaq. Yox, əgər şöbə rəisidirsə, o baş direktora müraciət etməli olacacaq və s. İerarxiyanın daha aşağı səviyyələrinə qədər bu belə davam edəcək.

Məqsəd ideal srtategiyaya görə “orden” almaqdır. Strategiyanın müəllifi və onu dinləyənlərin hamısına məqsədin nə olduğu bəllidir. Strategiyanın müəllifi, əsasən strategiyasını mükəmməl bir iş kimi təqdim edir, dinləyici isə bir qayda olaraq “orden”i çox kiçik qüsurlar müəyyən edərək, asanlıqla qəbul edilən qeydlərlə təqdim edir. Dinləyici bilir ki, ciddi tənqid, hətta çatışmazlıqları göstərmək strategiya müəllifini üzəcək və həvəsdən salacaq.

Strategiyanın təhlilinə bu cür yanaşma səhvdir, çünki nəticədə rəhbərin rolu heçə endirilmiş olur. Əgər o “orden”lə təltif edirsə, təklif olunan strategiyaya əhəmiyyətli heç nə əlavə etmir. Hətta onun şərt və qeydləri olsa belə, vəziyyətin özü onları əhəmiyyətsizləşdirir.

Əgər rəhbər öz vəzifəsini qanuni icra edirsə, o zaman strategiyanın optimallığı üçün strateq, onun təcrübəsindən maksimum istifadə etməlidir. Bu məqsədlə,işin başlanğıc mərhələsində  rəhbərə dəfələrlə müraciət etməlidir. Rəhbərə müraciət etmək üçün strategiyanın tam hazır olmasını gözləməyin, çünki bu zaman onu redaktə etmək istəməyəcəksiniz.

Bəzi konstruktiv söhbətlər aparın:

Ən sərfəli kredit üçün müraciət et

  • Bu, strategiyanın köməkliyi ilə həll etmək istədiyiniz problemi mümkün qədər tez müəyyən edin. Müdirdən bu problemə yanaşmağın başqa yolunu görüb-görmədiyini soruşun;
  • Görə bildiyiniz imkanların siyahısı ilə geri qayıdın. Müdirinizdən başqa  hansı imkanları təklif etdiyini və siyahınızdakı imkanlardan hansını yolverilməz hesab etdiyini öyrənin;
  • Üçüncü dəfə, bütün mümkün olan, yaxud həyata keçməsini mümkün hesab etdiyiniz imkanları müəyyən etdikdən və anladıqdan sonra geri qayıdın. Planınızın irəliləməsi üçün əlavə şərtlərin olmasını müdirinizdən soruşun. Nəyin ən çox şübhə doğurduğunu aydınlaşdırın.

Əgər bu vəzifənin öhdəsindən gəlsəniz, özünüz üçün üç mühüm üstünlük təmin etmiş olacaqsınız:

  1. Problemə yanaşmanızı təkmilləşdirməyə və onu həll etməyə kömək edəcək yolları vaxtında əldə etmiş olacaqsınız;
  2. Dəqiqdir ki, nəticə məyusedici olduğu halda sizi  geri - hər şeyi yenidən düzəltməyə göndərməyəcəklər;
  3. Rəhbəriniz əvvəlcədən işinizlə məşğul olduğu üçün, məsələnin həllində də maraqlı olacaq.

Beləliklə, siz, işə yararsız müdir əvəzinə, strategiyanın hazırlanmasında və tətbiqində etibarlı köməkçi qazanmış olacaqsınız.

Banklar və Biznes Jurnalı