Stiv Cobsun mühəndisinə verdiyi mükəmməl cavab | Banco.az

Stiv Cobsun mühəndisinə verdiyi mükəmməl cavab

Bu gün bu yazıda Banco.az komandası sizə maraqlı bir Stiv Cobs hekayəsindən bəhs edəcək. Təbii ki, söhbət Stiv Cobs olduqda  çox maraqlı əhvalatlar meydana çıxır, bu da  dünyanın hər yerində satan və ən çox istifadə edilən Apple markasına sahibi olduğundan normal hesab edilir. Düzdür,  Apple şirkətinin hər bir məhsulunun öz hekayəsi vardır, amma bu gün biz sizə İPod –dan bəhs edəcəyik.

İPod ilk dövriyyəyə çıxdığı zaman Mac kompüteri ilə eyni strukturda idi.  Qiyməti 400 dollar, yaddaş tutumu isə 5 GB olaraq təqdim edilirdi.  Təbii ki, o dövrlər üçün 5 GB yaddaş böyük bir rəqəm idi.  Apple şirkətinin İPod məhsulu belə bir uğur əldə etməsinin səbəblərindən biri də onun yaddaş tutumu idi, digər səbəblər isə balaca olması və istifadə rahatlığı idi.

2001-ci ildə İPod dövriyyəyə çıxdığı zamanki dövrlərdə CDlər, kasetlər kimi bir çox musiqi dinləmə vasitələri insanlar arasında geniş yayılmışdı.  Lakin bu cihazların ortaq xususiyyətlərindən biri də, hamısının böyük ölçüdə olmaları idi.

İPod ilk bazara çıxmazdan əvvəl, dizaynı bitdiyində mühəndislər tərəfindən  Stiv Cobsa təqdim edilir. Stiv Cobs isə hazırlanmış cihazın çox böyük olduğunu deyir, təbii ki, mühəndislər buna təəccüblənir və “bundan balaca olması mümkünsüzdür” cavabını verirlər.  Stiv Cobs isə İPodu ətrafında  olan akvariuma atır və çıxan qabarcıqları göstərərək , demək ki, içində hələ də boş yer var, balacalaşdırın”

Ən sərfəli kredit üçün müraciət et

“İmkansız”, “mümkün deyil” kimi  cavabları qəbul etməyən Cobs, İPodun və Apple şirkətinin hazırki dövrə gəlməsində böyük rol oynadı.  Son dövrlərdə  musiqi tətbiq proqramlarının artması və smart telefonların funksiyalarının çoxalması İPod məhsuluna marağı azaltsa da, fikrimcə İPod Apple şirkətinin ən uğurlu məhsullarından biri olacaq. 

Xəzər Aslanov. Banco.az

Bu da maraqlıdır:

Silikon Vadisindəki CEO-ların üstünlük verdiyi idman ayaqqabı markaları

Texnologiya dünyasındakı qabaqcıl iş adamlarının övladları

Ən sərfəli krediti almaq üçün müraciət et