Stiv Cobsun işə qəbul üçün yazdığı anket 222 min dollara satıldı | Banco.az

Stiv Cobsun işə qəbul üçün yazdığı anket 222 min dollara satıldı

“Apple” şirkətinin təsisçisi Stiv Cobsun 1973-cü ildə işə qəbul üçün doldurduğu anket hərracda 162 funta (221 842 dollar) satılıb.

Bu barədə “Charterfields” hərrac şirkətinin saytında qeyd olunub.

Bir səhifədən ibarət anket 1973-cü ildə S.Cobsun çox güman ki, Portlenddə Rid kollecini tərk etdikdən sonra əlyazısı ilə doldurulub. Bir il sonra S.Cobs “Atari” şirkətinə texniki mütəxəssis kimi işə düzəlib. Burada 1976-cı ildə “Apple” şirkətinin əsasını birlikdə qoyduqları Stiv Voznyakla birgə çalışıb.

Anketdə Cobs kompüter və kalkulyatorlarla işləmək, həmçinin elektron texnologiyalar və rəqəmsal layihələndirmə sahəsində bacarıqları barədə qeydlər edib.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram