Müəllif: Tamara Mustafayeva, Banco.az
“Stellantis” şirkəti gəlirlərini 18 faiz artırıb.
Banco.az xəbər verir ki, “Stellantis” avtomobil qrupu 2022-ci ili qlobal miqyasda artımla başa vurduğunu açıqlayıb.
2021-ci ilin yanvarında Fransanın məşhur avtomobil brendi “Peugeot”un istehsalçısı “PSA Group” və İtaliyalı avtomobil markası “Fiat”ın istehsalçısı “Fiat Chrysler Automobiles NV” şirkətlərinin birləşməsi ilə yaradılan “Stellantis” 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
Buna görə, ötən il şirkətin xalis gəliri 18 faiz artaraq 179,6 milyard avroya, düzəliş edilmiş əməliyyat gəliri isə bütün seqmentlərdə 13 faiz marja və mənfəətlə 23,3 milyard avroya yüksəlib. Qrupun xalis mənfəəti də 26% artaraq 16,8 milyard avroya çatıb.
Şirkətdən edilən açıqlamaya görə, 61,2 milyard avro likvidliyə malik olan “Stellantis” səhmdarların razılığı ilə 4,2 milyard avro ödəyəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!