"Stellantis" şirkəti 2 mindən çox əməkdaşını ixtisar edəcək | Banco.az

"Stellantis" şirkəti 2 mindən çox əməkdaşını ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Stellantis" şirkəti 2450 əməkdaşını ixtisar edəcək

Banco.az xəbər verir ki, avtomobil istehsalçısı "Stellantis"in  Ram 1500 Classic pikap avtomobilinin istehsalının dayandırılması səbəbindən Miçiqandakı zavodunda 2450 işçi ixtisar olunacaq.

Bu barədə şirkətdən rəsmi açıqlama verilib.

Açıqlamaya görə, yeni Ram 1500-ün satışa çıxarılması ilə Ram 1500 Classic pikap avtomobilinin istehsalı bu ilin sonunda başa çatacaq.

Qeyd olunub ki, Jeep Wagoneer istehsalına dəstək məqsədilə obyekt daxilində digər əməliyyatlar iki növbədə davam etdiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Ram 1500 Classic pikap avtomobilinin istehsalının sona çatması ilə oktyabr ayında Warren Yük Maşınlarının Yığılması Zavodunda ixtisarların başlayacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et