“Stellantis” əsas strategiyasını açıqlayıb | Banco.az

“Stellantis” əsas strategiyasını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Stellantis”in əsas strategiyası tərəfdaşlıq vasitəsilə böyümədir.

Banco.az xəbər verir ki, “Stellantis”in baş icraçı direktoru Antonio Filosa bildirib ki, tərəfdaşlıqlar avtomobil nəhənginin gələcək strategiyasının əsas dayaqlarından biri olacaq.

Avtomobil sənayesinin ən böyük qruplarından biri olan “Stellantis” sektorda artan sərt rəqabət və transformasiya xərclərinə qarşı tərəfdaşlıq modelini ön plana çıxarır.

“Financial Times” tərəfindən təşkil olunan “Future of the Car” zirvə görüşündə çıxış edən Antonio Filosa qrupun strateji yanaşmasında köklü dəyişikliklərin baş verdiyini qeyd edib.

Filosa vurğulayıb ki, “Stellantis” əvvəlki təcrübələrindən tərəfdaşlıqların gücünü öyrənib. Gələn həftə təqdim olunacaq çoxillik fəaliyyət planında tərəfdaşlıqlar mərkəzi rol oynayacaq. Antonio Filosa, “Tərəfdaşlıqların gücünü öyrəndik və onlar bundan sonrakı strategiyamızın ayrılmaz hissəsi olacaq”, — deyə bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram