"Stellantis" ABŞ-a 13 milyard dollar həcmində sərmayə qoyur | Banco.az

"Stellantis" ABŞ-a 13 milyard dollar həcmində sərmayə qoyur

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Stellantis” ABŞ-a 13 milyard dollar həcmində sərmayə qoyacaq.

Banco.az xəbər verir ki, avtomobil istehsalçısı “Stellantis” ABŞ-dakı fəaliyyətlərini genişləndirmək və yerli istehsal gücünü artırmaq məqsədilə növbəti 4 il ərzində 13 milyard dollar həcmində investisiya yatırmağı planlaşdırır.

Plan çərçivəsində brendin portfelinə daxil olan 5 yeni modelin bazara çıxarılması, ABŞ-da yeni dörd silindrli mühərriklərin istehsalına başlanılması və İllinoys, Ohayo, Miçiqan və İndiana ştatlarındakı müəssisələrdə 5 mindən çox yeni iş yeri yaradılması nəzərdə tutulur.

Növbəti 4 ildə həyata keçirilməsi planlaşdırılan bu 13 milyard dollarlıq investisiya şirkətin ABŞ-dakı 100 illik tarixində ən böyük sərmayə olacaq.

Bu sərmayə “Stellantis”in ABŞ-dakı güclü mövqeyini daha da genişləndirəcək və illik avtomobil istehsalını 50 faizdən çox artıracaq. Yeni məhsul təqdimatları isə 2029-cu ilə qədər ABŞ-dakı bütün yığım zavodlarında planlaşdırılan 19 modelin yenilənməsi və ötürmə sistemi təkmilləşdirmələri ilə paralel şəkildə həyata keçiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram