Müəllif:Ayşən İmanova/Banco.az
Avtomobil istehsalçısı “Stellantis” əyləc pedalında yaranan problemə görə ABŞ-də 21 min avtomobilini geri çağırır.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.
Məlumata görə, problem 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabrına qədər istehsal edilən 17 min “Dodge Hornet” və 4 mindən çox “Alfa Romeo Tonale” avtomobillərində baş verə bilər.
“Stellantis” problemlə əlaqəli 12 hadisə müəyyən edib. Şirkət pedal dizaynına əlavə bolt əlavə etməklə problemi aradan qaldırmaq niyyətindədir.