Statistiki məlumatlar Putinin taxıl koridoru ilə bağlı iddiasını təkzib edir | Banco.az

Statistiki məlumatlar Putinin taxıl koridoru ilə bağlı iddiasını təkzib edir

Tamara Mustafayeva, Banco.az

Vladimir Putinin Ukrayna taxılının nəqlini ehtiva edən təhlükəsiz dəhliz sazişindən inkişaf etməkdə olan ölkələrin faydalanmaması ilə bağlı iddiaları rəqəmlərlə dəstəklənmir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Bloomberg nəşrinin araşdırmasına görə, statistiki məlumatlar Rusiya prezidenti Vladimir Putinin "Ukraynadan gələn taxıl inkişaf etməkdə olan ölkələrə çatmır" tənqidini təkzib edir.

BMT-nin məlumatları göstərir ki, bu vaxta qədər 2 milyon tondan çox taxıl məhsulunun 400 min tonu Afrikaya, 600 min tondan çoxu isə Asiya və Yaxın Şərqə çatdırılıb.

Taxilin ən çox daşındığı ölkələr üzrə Misir üçüncü yeri tutsa da, son vaxtlar Somali, Keniya və Sudana da çatdırılma həyata keçirilib. BMT həmçinin qeyd edib ki, dünyanın ən böyük un daşıyıcısı olan Türkiyə daxil olan taxılın bir hissəsini üyüdərək yenidən ixrac edə bilmə potensialına malikdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et