Texnologiya, iş dünyasını və hər hansı işin icra olunma formasını dəyişdirməyə davam edir. Bir çox şirkətin artıq işçilərinə evdən işləmə imkanı yaratması ilə yanaşı, ştatdankənar işçilərin də xidmətindən istifadə edirlər.
Dünya İqtisadi Forumu çərçivəsində aparılan araşdırmaya görə, ştatdankənar işçilər növbəti 10 il ərzində, təqribən 2027-ci ildə ümumi iş qüvvəsinin yarıdan çoxunu təşkil edəcək.
Texnologiyanın inkişafı işin icra edilmə formalarını dəyişdirdi. Artıq bir çox sektorda çalışan işçilər öz işlərini kompüter vasitəsilə ofisdə oturmaq məcburiyyəti olmadan evdən və ya kafedə oturaraq görə bilirlər. Beləliklə daha rahat şəraitdə məhsuldarlığı artırmış olurlar.
Beynəlxalq şirkətlər inkişafa uyğunlaşmaq üçün bu üsuldan istifadə etməyə başladıqları kimi, yeni qurulan şirkət və qurumlar isə fəaliyyətə bu formada başlayırlar.
Üç il əvvəl Türkiyədə yaradılan Wordapp adlı şirkət kontekst yaratma sahəsində müəyyən bilik və bacarıqlara sahib ştatdankənar işçilərə karyera qurma imkanı verir. Internet vasitəsilə satış həyata keçirən şirkətlərə məxsusi kontekst hazırlanılması xidmətini təmin edən şirkət, artıq qısa müddət ərzində dünya üzrə 17 mindən çox ştatdankənar işçiyə malikdir. 28 fərqli dildə kontekst hazırlayan şirkət ötən il 1 milyon avro gəlir əldə etmişdir.
Wordapp CEO-su Cem Arel bildirir ki, insanlar əvvəllər ştatdankənar iş sisteminə əlavə gəlir mənbəyi kimi yanaşsalar da, artıq əsas gəliri bu formada əldə edən çoxlu sayda insan çalışır. Cem Arel şirkətin ştatdankənar işçilərinin normal bir işdə əldə edə biləcəklərindən daha çox qazanc götürdüklərini də vurğuladı.
Avropanın ən böyük e-ticarət saytları üçün kontekst hazırlayan şirkət ötən il 28 milyon sözlük kontekst yaratmışdı.
Tamara Mustafayeva, banco.az