Startapların təqdimat zamanı ən çox yol verdiyi səhvlər | Banco.az

Startapların təqdimat zamanı ən çox yol verdiyi səhvlər

İnvestorların fikrincə, əksər startapların təqdimatlarında, əsasən, aşağıdakı səhvlərə rast gəlinir:

1. Bazar haqqında səthi anlayış.

2. Komanda haqqında məlumatın düzgün şəkildə və lazımi səviyyədə hazırlanmaması.

3. Təqdimatda texnologiyanın və onu digərlərindən fərqləndirən xüsusiyyətlərin dolğun təsvirinə yer verilməməsi.

4. Məhsulun prototipi və ya demoversiyası haqqında məlumatların təqdim olunmaması.

Ən sərfəli kredit üçün müraciət et

5. Təqdimatda istifadəçilərin niyə məhz bu məhsula və ya xidmətə pul ödəməli olduğunu göstərən səbəblərin qeyd olunmaması.

6. Məhsulun satış kanalları haqqında məlumatın təqdim olunmaması.

7. Təqdimatda biznes-təhlil platformalarının miqyaslaşdırılması və maliyyə haqqında məlumatların yer almaması.

8. Biznes etiket qaydalarına əməl olunmaması.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et