Budur sizin qızıldan qiymətli startap elə bir ana çatıb ki, onu növbəti mərhələyə aparmaq lazımdır. Bəs siz şirkətinizin hansı qaydada böyüməli olduğu haqqında düşünmüsünüzmü? Burada hər bir oxuyucuya aydın olacaq 15 prinsip toplanıb, onlar sizə qərarvermə anında yardım edəcək.
Əksər hallarda yeni şirkət təsis edərkən iş adamları o qədər yeni informasiya qəbul edir və bacarıq mənimsəməli olur ki, bu xaosun içində asanlıqla baş itirmək olar. Şirkətin miqyaslarını böyütməkdən isə danışmağa dəyməz, bu məsuliyyəti birə-beş artırır. Amma bundan sonra o elə də böyük problem deyil və startapı yeni bazarlara və dövriyyələrə çıxartmaq getdikcə asanlaşacaq.
Bu 15 prinsip uğurlu startap və kompaniyaların fəaliyyətinin təhlili nəticəsində ərsəyə gəllib.
15 prinsipdən ən azı 10-u Airbnb, Uber və hətta SpaceX kimi şirkətlər tərəfindənn tətbiq edilir. Onlar qarşıdan gələn ildə də öz aktuallığını itirməyəcək.
- Layiqli təsisçilər seçin. Bundan əlavə komandanıza ən bacarıqlı, ən fərqli tərəfləri olan mütəxəssislər cəlb edin.
- Tez işə düşün, tez öyrənin, tez hərəkət edin.
- Öz ideyanızın inkişaf etməyinə əngəl olmayın.