Startap və şirkət arasındakı fərqlər hansılardır? | Banco.az

Startap və şirkət arasındakı fərqlər hansılardır?

Bu gün ən çox müzakirə olunan məsələlərdən biri startapların korporativ şirkətlərə rəqib olub-olmamasıdır. Bu mövzuda ortaya çıxan fikirlərdən bəziləri startapların yüksəlməyə başladığını və potensialının yüksək olduğunu, digərləri isə əksini iddia edir. İş həyatına başlamaq istəyən bir kəs üçün belə bir fərqi ayırd etmək çətindir. Bu səbəblə, yeni başlayanlar şirkət ilə startap arasındakı fərqlərin nə olduğunu bilməlidir.

Startap nədir? Təsisçilər kiçik fikir və təxəyyül ilə işə başlayırlar və sonra investorlar tərəfindən dəstəklənərək böyük bir şirkət halına gəlirlər. Bu vəziyyət, xəyallarını gerçəyə çevirmək istəyən insanları, Facebookun qurucuları kimi bir startap qurmağa təşviq edir. Karyerasına yeni başlayan bir insan üçün bir şirkətlə yoxsa startapla başlamaq daha məntiqlidir? Fərqləri bilmək, bu əhəmiyyətli qərarı verməyə kömək edəcək.

İrəli getmə imkanı

Yeni işə başlayanlarla müsahibələrdə ən çox soruşulan suallardan biri 5 və ya 10 il sonra özünüzü harda gördüyünüzdür. Bu sualın cavabı korporativ bir firma və startap üçün fərqli olacaq. Perspektiv imkanları korporativ şirkətlər və startuplar arasında əhəmiyyətli fərqlərdən biridir. Korporativ şirkət baxımından bu vəziyyət daha aydındır. Yüksəlmə imkanı, müntəzəm iş ilə beş il sonra harada olacağınızı təxmin etməyə imkan var. Korporativ şirkətlərdə hər şeyin nizamı olduğundan işçilərinə belə imkanlar təklif edə bilər.

Startaplar üçün vəziyyət bir az fərqlidir. Birincisi, startapda işə başlayacaq olanlar həmin şirkətin əsas heyətinə qoşulacaqlar. Beləliklə firma böyüyəndə, əsas heyətlərindən biri olacaqsınız. Startapda qabiliyyətinizi göstərmək üçün daha yüksək bir şansınız var.

Maaş

Maaş mövzusu, yeni başlayan insanların ən çox fikirləşdiyi mövzulardan biridir. Şirkət yoxsa startap daha çox maaş verir şəklində ümumiləşdirmə etmək çətindir. Birincisi, korporativ firmalar müəyyən bir büdcəyə malikdirlər və işə başlayan bir adama verəcəyi əmək haqqı bəllidir.

Startaplar büdcələri səbəbi ilə imkanları daha məhduddur. Büdcə investorların dəstəyindən ibarətdir. Ancaq belə bir şirkətdə işə başladığınızda, alacaqsınızsa maaş şirkətlər ilə eynidır. Startapda daha da dəyişkəndir.

Ən sərfəli kredit üçün müraciət et

İş yükü

Startapları şirkətlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri işçilərin iş yüküdür. Korporativ şirkətlər uzun illər bazarda olduqlarına görə, artıq kimin nə edəcəyi,vəzifə bölgüsü məlumdur. Belə ki, yalnız öz işinizlə məşğul olmalı, bu işin yükünü daşımalısınız.

Startaplarda vəziyyət bir az fərqlidir. Əgər belə bir şirkətdə işə başlasanız, demək olar ki, hər bir işə kömək etməli olacaqsınız. Çünki belə şirkətlər inkişaf mərhələsindədir və ümumiyyətlə çox böyük bir heyəti yoxdur. Buna görə, mövcud işçilərin digər vəzifələri də yerinə yetirmələri lazımdır. Beləliklə, daha çox iş yükü əldə edirsiniz.

İş mühiti

İşə başladıqdan sonra həyatımızın böyük bir hissəsini sərf edəcəyimiz bir sahə olduğu üçün bu mühitdə rahat hiss etmək çox vacibdir. Yaxşı bir iş mühiti stressiz bir iş həyatı deməkdir. İş mühitləri korporativ firmalarda çox formaldır. Birincisi, bu mühitdə digər insanlar ilə rəqabət etdiyiniz üçün, adətən gərginlik də hiss edə bilərsiniz. Rəsmi geyim və ciddi iş mühiti hakimdir.

Startaplar üçün isə əksinədir. Startapda iş mühiti korporativ firmanın ciddiliyi, rəqabət və gərginliyi yoxdur. Hər kəs bir işdə - şirkətin inkişaf etməsinə yönəldildiyi üçün, bir növ bir –birini dəstəkləyən dostlar arasında  hiss edə bilərsiniz. Bu da ətrafdakı gərginliyi aradan qaldırır. Daha rahat və azad mühit hökm sürür.

İcazə 

Korporativ firmalarda verilən icazələr və işçinin icazə ala biləcəyi şərtlər açıqdır.

Startaplar üçün icazə məsələsi bir az daha məhduddur. İşçinin qanuni istifadə hüququna malik olmasına baxmayaraq, onun bundan istifadəsi həmişə istədiyi kimi olmaya bilər. Startapdakı işçilərin sayı ümumiyyətlə kiçik olduğundan, işçini digər bir işçi əvəz edə bilmədiyinə görə bu imkanlar məhdudlaşır.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et