“Startap” şəhadətnaməsi daha çox mikro sahibkarlara və xidmət sahəsi üzrə layihələrə verilib | Banco.az

“Startap” şəhadətnaməsi daha çox mikro sahibkarlara və xidmət sahəsi üzrə layihələrə verilib

İndiyədək KOB-lara verilmiş 91 “Startap” şəhadətnaməsinin əksəriyyəti xidmət sahəsi üzrə layihələrə təqdim edilib.

2023-cü ilin yanvar-mart aylarında mikro və kiçik sahibkarlıq subyektlərinə 10, indiyədək isə 91 “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 83-ü mikro, 8-i kiçik sahibkarlıq subyektidir.

Şəhadətnamələrin əksəriyyəti xidmət sahəsi üzrə layihələrə təqdim edilib ki, onların da 90%-ə qədəri proqram təminatı və mobil tətbiq vasitələridir.

“Startap” şəhadətnaməsi almış KOB subyektlərindən 13-ü qadındır.

Qeyd edək ki, “Startap” şəhadətnaməsini alan sahibkarlıq subyektləri şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et