"Starlink" istifadəçilərinin sayı 10 milyonu keçdi | Banco.az

"Starlink" istifadəçilərinin sayı 10 milyonu keçdi

Müəllif:Mehin Qasımova,Banco.az

Amerikalı milyarder İlon Mask həftəsonu sosial media hesabında SpaceX-in peyk internet xidməti olan Starlink-in 10 milyon aktiv istifadəçi həddini keçdiyini açıqlayıb.

Banco.az xəbər verir ki, Mask xidmətə göstərilən davamlı dəstəyə görə istifadəçilərə təşəkkür edib və şirkətin sürətli böyüməsini vurğulayıb.

Şirkətin məlumatına görə, "Starlink" hazırda 160 ölkə və regionda fəaliyyət göstərir. Dekabr ayının sonuna qədər 9 milyon istifadəçini keçən platforma son bir milyonluq artımı iki aydan az müddətdə əldə edib. Bu isə gündə orta hesabla 19 mindən çox yeni istifadəçinin sistemə qoşulması deməkdir.

Bildirilir ki, 2025-ci ilə qədər Starlink-in istifadəçi bazası ikiqat artaraq 9,2 milyona çatıb və xidmət şəbəkəsinə 35 yeni ölkə əlavə olunub. Qlobal peyk internet trafikinin 97%-ni idarə etdiyi qeyd edilən şirkət, xüsusilə internetə çıxışı məhdud olan bölgələrdə əlçatanlığın artırılmasında mühüm rol oynayır.

Xüsusilə Braziliya 1 milyondan çox istifadəçi ilə Starlink-in ikinci ən böyük bazarına çevrilib. İnfrastruktur yatırımlarını davam etdirən şirkət bu il daha böyük və inkişaf etmiş "Starlink" "V3" peyklərini orbitə çıxarmağı planlaşdırır. Yeni nəsil peyklərin yerüstü infrastruktura gigabit səviyyəsində məlumat ötürmə sürəti təqdim edəcəyi gözlənilir.