"Starlink" bu tarixdən etibarən birjada satışa çıxarıla bilər | Banco.az

"Starlink" bu tarixdən etibarən birjada satışa çıxarıla bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

“SpaceX” “Starlink” peyk şirkətinin ilkin birja əməliyyatları üçün 2024-cü ilin sonu tarixini düşünür.

Banco.az xəbər verir ki, İlon Maskın “SpaceX” şirkəti 2024-cü ilin sonunda sürətlə böyüyən “Starlink” peyk şirkətinin ilk dəfə birjada satışa çıxarılması üçün danışıqlar aparır.

Danışıqlar özəl olduğu üçün adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, hazırlıq mərhələsində “SpaceX”in peyk bölməsinin aktivləri proseduraların yekununda birja əməliyyatlarına başlanılacaq və şirkətin tamamilə sahib olduğu törəmə şirkətə köçürülüb.

Qeyd edək ki, yekun qərar hələ qəbul edilməyib və ola bilsin ki, “SpaceX” bu bölməni özündə saxlasın. Mənbələr proseduraların 2025-ci ilə qədər təxirə salına biləcəyini də bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “SpaceX”in təsisçisi və CEO-su İlon Mask illərdir “Starlink”in birjada satışa çıxarılma ehtimalını dilə gətirir, lakin dəqiq tarix bildirmirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et