Müəllif: Tamara Mustafayeva, Banco.az
Amerikanın məşhur qəhvə şəbəkəsi “Starbucks”ın qlobal satışları ilin ilk üç ayında 1 faiz azalıb.
Banco.az xəbər verir ki, maliyyə təqvimində 30 martda başa çatan üç aylıq dövrü 2025-ci maliyyə ilinin ikinci rübü kimi qəbul edən qəhvə restoranları şəbəkəsi “Starbucks” maliyyə hesabatını yayımlayıb.
Buna əsasən:
-
Starbucks-ın qlobal müqayisəli mağaza satışları sözügedən dövrdə 1% azalıb.
-
Şimali Amerikada satışlar 1%, ABŞ-da isə 2% geriləyib.
-
Beynəlxalq müqayisəli mağaza satışları 2% artıb, Çində isə satışlar dəyişməyərək sabit qalıb.
-
Şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% artaraq 8,76 milyard dollara yüksəlib.
-
Xalis mənfəət isə 50,3% azalaraq 384,2 milyon dollara enib.
-
Bir səhmə düşən qazanc 2024-cü ilin eyni dövrü ilə müqayisədə 50% azalaraq 34 sentə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!