"Starbucks"in gəlirləri artıb | Banco.az

"Starbucks"in gəlirləri artıb

Dünyanın ən böyük qəhvəxana şəbəkəsi "Starbucks", maliyyə ilinin ilk rübündə daxilolmalarında gözləntilərin üzərində artım təmin edib.

İlk rübdə "Starbucks"in gəlirləri 9 faiz artaraq, 6,49 milyard dollar olan analitik proqnozlardan çox - 6,63 milyard dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

"Starbucks" ilk rübdə 760,6 milyon dollar, bir səhmə 61 cent mənfəət əldə edib. Ötən ilin eyni dövründə xalis mənfəət 2,25 milyard dollar, bir səhmə 1,57 dollar olmuşdu.

Analitiklər, bir səhmə 65 cent mənfəət gözləyirdilər.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et