Müəllif: Tamara Mustafayeva, Banco.az
"Starbucks" şirkətinin baş direktoru işə getmək üçün şəxsi təyyarə ilə 1600 kilometr yol qət edəcək.
Banco.az xəbər verir ki, dünyanın aparıcı qəhvə restoranları şəbəkəsi "Starbucks"ın yeni CEO-su Brayan Nikkol həftədə üç gün şəxsi təyyarəsi ilə Kaliforniyadakı evindən 1600 kilometr aralıda yerləşən Sietldakı şirkətin baş qərargahına gedəcək.
"Starbucks"ın yeni CEO-su Brayan Nikkol Kaliforniyadakı evi ilə Sietldakı korporativ qərargahı arasında gedib-gələcək. Nikkol bunu mümkün etmək üçün "Starbucks"ın korporativ təyyarəsindən istifadə etmək icazəsi əldə edib.
Qeyd edək ki, şirkət korporativ işçilərin həftədə ən azı üç dəfə ofisdə olmasını tələb edir. Nikkolun təklif məktubunda "Starbucks" təsdiqləyibdi ki, o, Kaliforniya ştatının Newport Beach-dəki evində qala bilər və qəhvə nəhənginin təyyarəsindən istifadə edərək baş ofisə 995 mil (1600 km) yol qət edə bilər.
Məktub Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) 11 avqust tarixli ərizəsində ictimaiyyətə açıqlanıb. SEC məktubuna görə, Nikkola ildə 250 min ABŞ dolları məbləğində şəxsi səyahət pulu da veriləcək.
Nikkola müvəqqəti yaşayış xərcləri üçün kompensasiya ödəniləcək və sentyabr ayında işə başlayandan üç ay sonra Sietlda daimi ikinci mənzil təmin olunana qədər o, sürücü ilə təmin olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!