"Starbucks" yazın gəlişi ilə bağlı yenilik edib | Banco.az

"Starbucks" yazın gəlişi ilə bağlı yenilik edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bürclərə görə “Starbucks” qəhvələri ilə tanış olun.

Banco.az xəbər verir ki, “Sanctuary” adlı mobil tətbiqlə əməkdaşlıq edən “Starbucks” qəhvə həvəskarları üçün bürclərinə görə qəhvə tövsiyələri verməyə başlayıb.

ABŞ-ın kofe restoranları şəbəkəsi “Starbucks” bu yaxınlarda istifadəçilərinə ulduz və tarot falı şərhi kimi xidmətlər təklif etməyə başlayıb.

Əməkdaşlıq çərçivəsində yaradılan starbucksstarsigns.com internet saytı qəhvə həvəskarlarına fərdi ulduz falı şərhləri təqdim edir və həmçinin qəhvə təklifləri verir. Təkliflər qəhvə həvəskarlarının günün hansı saatında dincəlmək istəməkləri və bürclərinə görə formalaşır.

Ən sərfəli kredit üçün müraciət et

Baharın yeni başlanğıclar üçün əhəmiyyətli bir vaxt olduğunu qeyd edən “Starbucks” nümayəndəsi, “Rituallarınızı yeniləmək üçün ulduzların qərar verməsi üçün yaz bərabərliklərindən daha yaxşı vaxt yoxdur”, deyə bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et