"Starbucks" şirkətinin gəlirləri azalıb | Banco.az

"Starbucks" şirkətinin gəlirləri azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsrailin Qəzzaya hücumları səbəbiylə etiraz və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən biri olan "Starbucks"ın gəlirləri azalıb.

Banco.az xəbər verir ki, 31 mart 2024-cü ildə başa çatan üç aylıq dövrü maliyyə təqvimində ikinci rüb hesab edən ABŞ-ın qəhvə restoranları şəbəkəsi "Starbucks" balans hesabatını açıqlayıb.

Buna görə, şirkətin gəlirləri yanvar-mart ayları ərzində illik  2 faiz azalaraq təxminən 8,6 milyard dollara düşüb.

Bazar proqnozları şirkətin bu dövrdə 9,1 milyard dollar gəlir əldə edəcəyi istiqamətində idi.

Bu dövrdə artması gözlənilən "Starbucks"da mağaza satışları da 4 faizlə 2020-ci ilin sonundan bəri ilk dəfə azalma göstərib. Mağazalardakı intensivlik də 6 faiz aşağı düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin ötən ilin yanvar-mart dövründə 79 sent olan səhm başına qazancı isə bu ilin eyni dövründə 68 sentə enib. Halbuki şirkətin səhm başına 79 sent mənfəət gətirəcəyi gözlənilirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et