Müəllif: Tamara Mustafayeva, Banco.az
“Starbucks” tərkibində zeytun yağı olan müxtəlif kofe növlərinin satışına başlayıb.
Banco.az xəbər verir ki, uzun illər sonra daxil olduğu İtaliya bazarında rəqabət aparmaqda çətinlik çəkən ABŞ-ın kofe restoranları şəbəkəsi “Starbucks” italiyalıların marağına səbəb olmaq üçün zeytun yağlı yeni məhsullar istehsal edib.
Dünyanın ən böyük kofe restoranları şəbəkəsi olan “Starbucks” İtaliyada zeytun yağı ilə istehsal olunan müxtəlif içkilərin istifadəyə verdiyini açıqlayıb.
Şirkətin rəhbəri Hovard Şolts zeytun yağının “gözlənilməz, məxməri və kərə yağı aroması”nın qəhvəni zənginləşdirdiyini və damaq dadına xoş gəldiyini söyləyib.
O həmçinin bildirib ki, zeytun yağlı bu yeni içki növləri yaz aylarında Cənubi Kaliforniyadakı restoranlarında, ilin geri qalanında isə İngiltərə, Orta Şərq və Yaponiyada da müştərilərə təqdim ediləcək
Qeyd edək ki, İtaliyadakı ilk restoranını 2018-ci ilin sentyabrında açan “Starbucks” hazırda ölkədə 20-yə yaxın şöbə ilə təmsil olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!