“Starbucks” növbə və oğurluqlara görə yeni addım atır | Banco.az

“Starbucks” növbə və oğurluqlara görə yeni addım atır

“Starbucks” ABŞ-ın Sietl şəhərində yerləşən kafelərin birində tamamilə nağdsız ödəniş qəbulunu test edir.

Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Russell Investments Center”dən elə də uzaqlıqda yerləşməyən kafe yalnız mobil və kartla olan ödənişləri qəbul edəcək.

Şirkətdən isə ümid edirlər ki, nağdsız ödənişlər müştərilərə xidmətin keyfiyyətini daha da sürətləndirləcək.

Amma hələ də ekspermentin nə qədər davam edəcəyi məlum deyil. Həmçinin, şirkət yeni test edilən pilot layihənin nəticəsi haqqında danışmağın tez olduğunu deyib. Bildirib ki, şirkət yalnız yaranan uzun növbələrin qarşısını almaq üçün bu addımı atır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, nağd ödənişlərdən imtina edilməsi, təhlükəsizliyi də artıracaq. Belə ki, müştərilərə ödənişi etmək üçün ATM-lərə müraciət etməsinə ehtiyac qalmayacaq. Bu da dələduzların müştərilərdən oğurluq etməsinin qarşısını alacaq.

Qeyd edək ki, şirkət müştərilərə xidmətin keyfiyyətinin artırılması istiqamətində daim yeniliklər edir. Şirkət rəqəmsal texnologiyanın üstünlüklərindən də faydalanmaqdan geri qalmır. Belə ki, şirkət “ChatBot”ların yaradılmasını planlaşdırır. Bu isə müştərilərə qəhvə seçimində kömək olacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et