Tamara Mustafayeva, Banco.az
Tayvanda hazırda ölkə miqyasında 500-dən çox Starbucks satış məntəqəsi fəaliyyət göstərməsinə baxmayaraq şirkət bu dəfə fərqli dizaynla müştərilərin qarşısına çıxıb və kruiz gəmisi formasında inşa edilmiş ilk restoranın açılışını ayın əvvəlində reallaşdırıb. İki mərtəbəli və 124 nəfərlik geniş tutumu ilə restoran şəhər həyatının qarışıqlığından yorulan hər kəsə öz qapılarını açır.
Döşəmədən tavana qədər uzanan pəncərələr səbəbindən günəşin ilk şüalarının rahatlıqla görüldüyü restoranda gecə də romantik abu-hava yaradılır. Yəni, bu restoran Instagram fotoşəkilləri üçün ən ideal məkanlardan biridir.
Bizi sosial şəbəkələrdən izləyin!!