Starbucks-ın işçiləri böyük tətilə hazırlaşırlar | Banco.az

Starbucks-ın işçiləri böyük tətilə hazırlaşırlar

Müəllif:Mehin Qasımova/Banco.az

Yaxın Şərqdə İsrail-Fələstin müharibəsi başladıqdan sonra İsrailə dəstək verdiyi üçün  gündəmdə olan Amerikanın  qəhvə şəbəkəsi "Starbucks" bu dəfə tətillə gündəmə gəlib. 

Banco.az xəbər verir ki,"Starbucks" işçilərinin tətilə hazırlaşdığı açıqlanıb.

Məlumata görə, "Starbucks" işçiləri noyabrın 16-da tarixinin ən böyük tətilinə hazırlaşır.

İşçilər şirkət üçün məşhur tanıtım tədbiri olan Qırmızı Kubok Günündə tətil edəcəklər.

Qeyd edək ki, markanın dövriyyəsi bir ay ərzində 20  faizə qədər azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram