Müəllif - Eldar Kərimov/Banco.az
Starbucks Corp.-un baş icraçı direktoru Brian Niccol 2024-cü ildə cəmi dörd ay işləyərək 96 milyon dollar qazandı.
Mükafat strukturu:
- Əsas maaş – 61,5 min dollar
- Vəzifəyə keçid bonusu – 5 milyon dollar (o, əvvəllər Chipotle Mexican Grill Inc.-də çalışıb)
- Xərclərin kompensasiyası:
- Sietldə yaşayış – 143 min dollar
- Aviabiletlər – 72 min dollar
- Əsas gəlir mənbəyi – şirkətin maliyyə hədəflərinə çatması şərtilə istifadə oluna bilən səhm bonusları.
Adi işçilərlə müqayisə:
- ABŞ-da ortalama Starbucks baristasının illik maaşı – 14 674 dollar.
- Beləliklə, Starbucks CEO-su adi işçidən 6666 dəfə çox qazanıb.
Səhmlərin dinamikası:
- Starbucks-ın bazar dəyəri son bir ayda 9,4% artaraq 112 milyard dollara çatıb.
- S&P 500 indeksi isə eyni dövrdə 1,6% artıb.
2024-cü ilin oktyabrında Starbucks-ın xalis mənfəəti 25% azalsa da, şirkətin gəlirləri gözləniləndən daha az düşdü, bu da investorlar tərəfindən müsbət qarşılandı.