"Standard Insurance"in rəhbərliyi dəyişib | Banco.az

"Standard Insurance"in rəhbərliyi dəyişib

"Standard İnsurance" ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib. Şirkətdən verilən məlumata görə, söhbət Kamran Bağırovdan gedir.

O, "Standard İnsurance"də 2002-ci ildən işləyir, indiyə qədər şirkətin İH-nin sədr müavini olub. K.Bağırov yeni vəzifəsində Aydın Rəhmanovu əvəz edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Səhmlər 100% "AB Standard" QSC-yə məxsusdur.

Mənbə: Report.az