“Standard Insurance” Sığorta Şirkəti ASC-nin yeganə səhmdarı olan “AB Standard” QSC bu günlərdə şirkətin nizamnamə kapitalının 5 mln. manat artırılması ilə bağlı qərar qəbul edib.
Bu barədə “Report”a “Standard Insurance”dən bildirilib.
Məlumata görə, kapital artımı əlavə səhmlərin emissiyası yolu ilə həyata keçiriləcək.
Müvafiq qərarın surəti artıq Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilib.
Xatırladaq ki, “Standard Insurance” 2002-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 11 mln. manatdır.