“Standard Insurance” Sığorta Şirkəti ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 17,321 mln. manat təşkil edib.
Şirkətin maliyyə hesabatına istinadən xəbərdə bildirilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 13% çoxdur.
2018-ci ildə “Standard Insurance”ın cəmi öhdəlikləri 33,5% artaraq 12,074 mln. manata çatıb, cəmi kapitalı isə 16,5% azalaraq 5,247 mln. manata düşüb.
Ötən il “Standard Insurance”ın gəlirləri 13,027 mln. manat (əvvəlki ilə nisbətən 21,9% az), xərcləri 14,051 mln. manat (11,2% az) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 1,024 mln. manat zərərlə başa vurub. Halbuki maliyyə qurumu 2017-ci ildən 864 min manat mənfəətlə çıxmışdı.
Xatırladaq ki, “Standard Insurance” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "AB Standard" QSC-yə məxsusdur.
Report.az