Velosiped ilə gəzmək bir çoxlarımızın sevimli məşğuliyyəti olsa da, biz gəzməyi sahil kənarında velosiped sürməklə məhdudlaşdırırıq. Ancaq daha böyük düşünüb velosipedlə dünya səyahətinə çıxan insanlar da var. Onlardan biri də Türkiyəli Tolga Tevke Güneydir. Üstəlik də, ilk velosiped macərası staj maaşı ilə aldığı velosipedlə Olympus antik şəhərinə səfərlə başlayıb.
Avropadan Asiyaya bir çox ölkəyə səfər etdikdən sonra velosipedlə böyük bir macəraya atılmağa qərar verib. Müxtəlif işlərdə işləyərək velosipedin hissələrini toplamaq üçün pul yığıb. Xarici ölkələrdən aldıqlarını satıb xərclərini qarşılayıb.
Hər şey hazır olduğu zaman velosipedini alıb, yaşamaq və müşahidə etmək üçün səfərə çıxıb. Nəqliyyat vasitəsi olaraq velosipedi seçməyindəki səbəb isə gəzərkən o anları sürətli yaşayıb ətrafdakıları isə daha diqqətlə müşahidə etmək imiş. Təqribən beş ildir ki, müntəzəm olaraq səyahətdə olduğunu qeyd edən gəncimiz maddi cəhətdən problem yaşadığı zaman isə pul yığıb yenidən qaldığı yerdən gəzməyə davam etdiyini söyləyir.
“Mənim fikrimcə, hər hansı bir yeri gözəlləşdirən amil orada tanış olduğun, söhbət etdiyin insanlardır.”
Səyahət etmək, yeni insanlarla tanış olmaq gözəldir, bəs xaricə səfər zamanı maneə yaradan vəziyyətlərdə nə baş verir deyə düşünə bilərsiniz. Ən birinci məsələ viza ilə bağlıdır. Ruhdan düşmədən yola davam etmək qarşıya çıxan problemlərin ən yaxşı həll yoludur.
“Viza üçün iki dəfə rədd cavabı aldım ki,onlar da ABŞ və İrlandiyaya səfər zamanı idi. Lakin hər ikisi təhsil vizası idi. Bundan başqa Cənubi Amerikada bu vaxta qədər viza almağıma ehtiyac olmayıb. Vizaya ehtiyac olduğu zaman isə lazımi sənədləri toplayıram.”
Müəyyən bir marşrut üzrə hərəkət etmədiyini söyləyən Tolga Tevke Güney, ürəyi istədiyi yerlərə səfər edir. Öyrənə biləcəyi şeyləri öyrəndikdən sonra yoluna davam edir. Səfər etdiyi yerlərdə könüllü işlərdə çalışdığı vaxtlar olsa da, yolda biləklik sataraq pul da qazana bilir.
Tolga səyahət və macəra həvəskarlarına belə məsləhət verir:
“Qorxmursan? deyə soruşurlar. Qorxmaq? deyə cavab verirəm. Gecələr dağlarda, quş uçmaz karvan keçməz yerlərdə qonaqlayıram. Amma bir müddət sonra buna öyrəşirsən.”
Tamara Mustafayeva, Banco.az