Müəllif: Tamara Mustafayeva, Banco.az
Rəqəmsal musiqi platforması "Spotify" populyar sosial media platforması "Instagram" ilə əməkdaşlığa hazırlaşır.
Banco.az xəbər verir ki, "Spotify" və "Instagram" musiqi axını təcrübəsini yeni səviyyəyə daşımağa hazırlaşır.
Belə ki, iki texnologiya nəhəngi "Instagram" istifadəçilərinə dinlədikləri mahnıları "Spotify"da real vaxtda paylaşmağa imkan verəcək yeni funksiya üzərində işləyir. Qeydlər vasitəsilə paylaşılması gözlənilən yeni funksiya DM bölməsində və ya profil səhifələrində digər istifadəçilərə görünəcək.
Hazırda manual formada musiqi paylaşa bilən istifadəçilər bu xüsusiyyət sayəsində dinlədikləri musiqini davamlı və çətinlik çəkmədən paylaşma imkanı əldə edəcəklər.
Qeyd edək ki, bu yeni funksiya köhnə Microsoft Messenger (MSN) istifadəçilərinə keçmişin avtomatik musiqi paylaşımını xatırlada bilər. Bu funksiya hazırda "Apple Music" istifadəçiləri üçün əlçatan deyil, lakin "Apple"ın gələcəkdə oxşar yeniliyi təqdim etməsi mümkün görünür.
Bizi sosial şəbəkələrdən izləyin!!