“Spotify” tarixində ilkə imza atıb | Banco.az

“Spotify” tarixində ilkə imza atıb

Müəllif - Aida İsaq, Banco.az

“Spotify” bir ilkə imza atıb.

“Spotify” təqdimat tarixindən bu günə qədər sevilərək istifadə olunan platformalardandır. Hər ötən gün proqram istifadəçilərinin sayı artmağa davam edir. Məhz bunun nəticəsidir ki, ötən il platforma təmsilçiləri üçün əsl yaddaqalan ilə çevrildi. Belə ki, ötən ilin hesabatına əsasən, “Spotify” 200 milyondan çox abunəçini özündə birləşdirən dünyanın ilk yeganə musiqi və podkast platforması kimi tarixə düşdü. Məlumata görə, proqramın ödənişli versiyasından istifadə edən abunəçilərin sayı 14% artıb. Platformanın aylıq aktiv istifadəçilərinin sayı isə 20 faiz artaraq 489 milyona çatıb. 

Buna baxmayaraq, 2022-ci ilin son rübü üçün açıqlanan maliyyə hesabatında müvafiq platformanın son üç ayda 231 milyon avro itirdiyi məlum olub. Ekspertlər bu rəqəmlərin əslində optimist mənzərə yaratdığını bildirib. Çünkü bu rüb üçün şirkətin 300 milyon avro itirəcəyi gözlənilirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et