“Spotify” platforması 5 milyon avro cərimələnib | Banco.az

“Spotify” platforması 5 milyon avro cərimələnib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Spotify” platformasına 5 milyon avro məbləğində cərimə kəsilib.

Banco.az xəbər verir ki, İsveçin populyar musiqi-yayım platforması olan “Spotify” Avropa İttifaqına (Aİ) üzv ölkələrdə istifadəçilərinin məlumat əldə etmə hüquqlarını pozduğuna görə 5 milyon avro cərimələnib.

Belə ki, 210 milyon ödəniş edən abunəçinin də daxil olduğu aylıq 527 milyondan çox aktiv istifadəçiyə malik platforma tələb olunan bütün şəxsi məlumatları və beynəlxalq məlumat ötürülməsi ilə bağlı ətraflı məlumatları təqdim etmədiyi üçün cərimələnib.

Xatırladaq ki, məlumatların pozulmasına görə “Spotify”a qarşı açılan məhkəmə iddiası ilə bağlı ilk şikayət 2019-cu ildə edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram