"Spotify" dizaynını dəyişməyə hazırlaşır | Banco.az

"Spotify" dizaynını dəyişməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Spotify” ana səhifənin dizaynını dəyişdirməyə hazırlaşır.

Banco.az xəbər verir ki, “Spotify” onlayn olaraq təşkil edilən “Stream On 2023” tədbirində platformaya əlavə ediləcək yeniliklərdən bəzilərini bölüşüb.

Tədbirdə dizaynda əsaslı dəyişiklik ediləcəyi ilə bağlı məlumat verilib. Sözügedən dəyişiklikdən sonra “Spotify”ın ana səhifəsi demək olar ki, tamamilə əvvəlki versiyadan fərqlənəcək və platforma “TikTok”a bənzər interfeysə malik olacaq.

Bu yeni interfeysdə şaquli səhifələrdə musiqi, podkastlar və audiokitablar üçün fərdiləşdirilmiş baxışlar (önizləmələr) olacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin qurucusu və baş icraçı direktoru Daniel Ek yeni funksiyaların bunlarla məhdudlaşmadığını qeyd edərək istifadəçilərə mahnıları avtomatik tövsiyə edən “Smart Shuffle” funksiyasının imkanlarından bəhs edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et