"Spotify" da işçilərini ixtisar etməyə başlayacaq | Banco.az

"Spotify" da işçilərini ixtisar etməyə başlayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

İxtisar hərəkatına digər texnologiya şirkətlərinin ardınca bu həftə “Spotify” da qoşula bilər.

Banco.az xəbər verir ki, İsveçin “Spotify Technology SA” media şirkəti xərcləri azaltmaq üçün “Amazon” və “Meta Platforms” kimi bir çox texnoloji şirkətin izindən gedərək işçilərini ixtisar etməyə başlaya bilər.

İşdən çıxarılmaların neçə nəfəri əhatə edəcəyi açıqlanmasa da, şirkət oktyabr ayında “Gimlet Media” və “Parcast Podcast Studios”dan 38 işçini ixtisar etmişdi. Musiqi platformasının üçüncü rüb üzrə maliyyə hesabatlarına görə, şirkətin 9800 işçisi var.

Qeyd edək ki, pandemiya dövründə işçilərinin sayını artıran texnologiya şirkətləri azalan reklam gəlirləri və təlatümlü iqtisadi perspektivlər səbəbindən ixtisarlara başlamalı olublar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram