Spotify bu şəxslər üçün pulsuz olacaq | Banco.az

Spotify bu şəxslər üçün pulsuz olacaq

Spotify-də ilk dəfə premium üzvlük əldə edən şəxslər üçün iyunun 30-dək 3 aylıq pulsuz istifadə imkanı yaradılıb.

Tətbiq rəsmiləri bu kampaniya vasitəsilə istifadəçi sayını artırmağı planlaşdırırlar.

Tətbiq nümayəndəsinin açıqlamasında o da qeyd olunub ki, sözügedən kampaniya koronavirusdan dolayı həyata keçirilir: "Bununla istifadəçilərimizin yanında olduğumuzu bildirmək, evdə maraqlı vaxt keçirmələrinə töhfə vermək istəyirik".

Xatırladaq ki, Spotify-dən verilən başqa bir açıqlamada pandemiyanın tətbiqin sürətlə istifadəçi itirməsinə yol açdığı bildirilmişdi. Bu səbəbdən dolayı tətbiq tərəfindən yaxın günlərdə başqa kampaniyaların da elan ediləcəyi istisna deyil.

Ted

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et