“Spotify" bu ölkədə abunəlik qiymətlərini qaldırıb | Banco.az

“Spotify" bu ölkədə abunəlik qiymətlərini qaldırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Spotify” ABŞ-da premium qiymətini bahalaşdırıb.

Banco.az xəbər verir ki, “Spotify” rəqəmsal musiqi platforması ABŞ-dakı müştəriləri üçün abunə qiymətlərini artırdığını açıqlayıb.

Bununla da fərdi plan 10,99 dollardan 11,99 dollara, ikili plan 14,99 dollardan 16,99 dollara, ailə planı isə 16,99 dollardan 19,99 dollara qədər bahalaşıb.

Xatırladaq ki, şirkət bu yaxınlarda gəlirlərinin 20 faiz, premium abunəçilərin sayının isə 14 faiz artdığını elan etmişdi. Həmçinin şirkətin rekord rüblük mənfəət əldə etməsi məlumdur.

“Spotify”dan bildirilib ki, yeni premium qiymət bu gündən etibarən yeni abunəçilər üçün keçərlidir. İyul hesablaşma tarixindən etibarən isə yalnız mövcud abunəçilər üçün tətbiq ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram