Banco.az olaraq, spot və onun ehtiva etdiyi digər terminlərin izahını verməyə çalışmışıq.
Spot
Əmtəə və xidmətlərin, eləcə də maliyyə alətlərinin, valyutanın nağd pula satılması və təcili göndərilməsi, təqdim edilməsi sazişləri. Spot əməliyyatları üzrə münasibətlərin məcmusu spot bazarını təşkil edir. Spot bazarları üzrə münasibətlər bazara təqdim etdiyi qiymətlini təcili surətdə satmağa cəhd göstərən satıcı subyektlər və alınmış qiymətlinin təcili göndərilməsini tələb edən alıcı subyektlər tərəfindən reallaşdırılır.
Spot bazarı
Qiymətli kağızların və əmtəələrin alqı-satqısının nəğd pulla həyata keçirildiyi və tərəflərarası mübadilənin qısa müddət ərzində yerinə yetirildiyi bazar.
Spot qiyməti
Müəyyən bir əmtəənin cari alqısatqı qiyməti.
Spot məzənnə
Əməliyyatın həyata keçirildiyi anda bir valyutanın digər valyutaya nəzərən müəyyən olunan məzənnəsi.