Spirtli içki ixracı azalıb | Banco.az

Spirtli içki ixracı azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, 2016-cı ilin ilk 9 ayında 13 045,45 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 6 115,42 min dollar yaxud 31,92% azdır.

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,20%-ni təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 45 297,71 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-ci ilin analoji dövrü ilə müqayisədə 7 235,19 min dollar və ya 13,77% azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,73% təşkil edib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et