Müəllif:Mehin Qasımova,Banco.az
"SpaceX" şirkətinin ilk dəfə investisiya səviyyəli istiqrazlar buraxacağını elan etməsindən sonra səhmləri ardıcıl üçüncü gün ucuzlaşaraq yüz milyardlarla dollar bazar dəyərini itirib.
Banco.az xəbər verir ki, səhm bazar ertəsi günü 16 faiz düşərək 154,60 dollara çatıb ki, bu da şirkətin birjaya çıxmasından bəri ən aşağı bağlanış səviyyəsidir.
Üç günlük eniş 23 faiz təşkil edərək bazar dəyərini 600 milyard dollardan çox azaldıb.
Şirkətin ümumi bazar kapitallaşması hazırda 2 trilyon dollardan bir qədər çoxdur.
