SpaceX kosmik şirkəti dünyanın ən güclü və ən böyük yük qaldırma qabiliyyəti olan raketi “Falcon Heavy”-ni komosa uğurla göndərdi.
Bütün tənqidlərə və inamsızlıqlara baxmayaraq, 6 Fevral 2018 ci ildə gecə 00:45 də Floridada yerləşən LG-39A kosmik platformadan start götürən Falcon Heavy yerin qravitasiya sahəsindən çıxmaq üçün dünya ətrafında dövr vuraraq uğurla günəş ətrafındakı orbitaya çıxa bildi. Hədəf qırmızı planet Mars-dır
Raketin göyərtəsində yük olaraq İlon Maskın şəxsi avtomobili qırmızı Tesla Roadster, sükan arxasında isə süni astronavt yerləşdirlib. Falcon dünya ətrafı orbitaya 64 ton yük daşıya biləcək(bu Proton-M raketinin yük daşıma qabiliyyətindən təqribən 3 dəfə çoxdur - 23 ton).
SpaceX 2024-cü ildə insanları Marsa göndərməyi hədəfləyir. Bunun üçün Falcon-dan daha ağır BFR raketi istifadə olunacaq.
Raketin kosmosa göndərdilməsini və uçuşu canlı şəkildə aşağıdakı videolardan izləyə bilərsiniz:
Güllü Nağıyeva, banco.az