Müəllif: Tamara Mustafayeva, Banco.az
“S&P” Türkiyə iqtisadiyyatı ilə bağlı qiymətləndirməsini açıqlayıb.
Banco.az xəbər verir ki, kredit reytinq agentliyinin verdiyi açıqlamada Türkiyənin uzunmüddətli kredit reytinqinin "B+"dan "BB-"yə yüksəldiyi, kredit reytinqi proqnozunun isə "stabil" olduğu bildirilib.
Həmçinin qeyd olunub ki, ölkənin qısamüddətli kredit reytinqi “B” səviyyəsində təsdiqlənib.
Açıqlamada Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sərt pul siyasəti mövqeyinin Türkiyə səlahiyyətlilərinə lirənin məzənnəsini sabitləşdirməyə, inflyasiyanın azaldılmasına, ehtiyatların yenidən qurulmasına və maliyyə sistemini dollarsızlaşdırmağa imkan verdiyi bildirilib.
Açıqlamada Türkiyənin dünya ölkələri ilə əmanət fərqinin daraldığı da qeyd olunub.
Bildirilib ki, bu vəziyyət 2022-ci ildən etibarən cari hesab kəsirinin Ümumi Daxili Məhsula (ÜDM) nisbətində təxminən 4 bəndlik azalmada müşahidə olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!