Müəllif: Tamara Mustafayeva, Banco.az
“S&P” Türkiyənin bankçılıq sektorundakı risklərin bir qədər azaldığını bildirib.
Banco.az xəbər verir ki, “S&P Global Ratings” türk bankçılığı ilə bağlı təhlilində normallaşma ilə Türkiyənin bank sektorunda risklərin bir qədər yaxşılaşdığını qeyd edib.
Agentlik bank sektoru qiymətləndirməsində iqtisadi və sektor risk tendensiyaları baxımından proqnozlarını "mənfi"dən "stabilə"ə dəyişdirdiyini bildirib.
“S&P” bəyan edib ki, yeni iqtisadi heyət tədricən monetar siyasəti sərtləşdirməyə və qeyri-adi siyasətlərdən geri dönməyə davam edərsə, Türkiyə iqtisadiyyatı orta müddətli perspektivdə yenidən tarazlaşdırıla bilər.
Qurum 2024-cü ildə Dollar/TL məzənnəsinin 40 səviyyəsində olacağını da proqnozlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!