S&P: Qlobal islam iqtirazlarının emissiyası azalmağa davam edəcək | Banco.az

S&P: Qlobal islam iqtirazlarının emissiyası azalmağa davam edəcək

Müəllif - Aida İsaq, Banco.az

Beynəlxalq kredit reytinq agentliyi Standard & Poor's (S&P) islam istiqrazlarının gələcəyi ilə bağlı proqnozunu açıqlayıb.

Banco.az xəbər verir ki, şirkətin məlumatına görə, qlobal islam istiqrazlarının emissiyasının bu il 150 milyard dollara qədər azalması gözlənilir. Sözügedən göstərici 2021-ci və 2022-ci ildə müvafiq olaraq 170,4 milyard dollar və 155,8 milyard təşkil edib.

Bundan başqa qeyd olunur ki, islam istiqrazları (eyni zamanda “sukuk” deyə adlandırılır) bazarı artımı sürətləndirə və prosesləri daha da stimullaşdıra bilən rəqəmsal alətlərin tətbiqi və emissiyası üzrə ənənəvi bazardan geri qalır.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram