"S&P" İsrailin kredit reytinqini "mənfi"yə endirib | Banco.az

"S&P" İsrailin kredit reytinqini "mənfi"yə endirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“S&P” geosiyasi risklərə görə İsrailin kredit reytinqini yeniləyib.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi Standard & Poor's (S&P) İsrailin kredit reytinqini "AA-" olaraq təsdiqləyib və geosiyasi risklər səbəbindən reytinq proqnozunu "stabil"dən "mənfi"yə dəyişib.

Qurumdan verilən açıqlamada İsrailin uzun və qısamüddətli xarici və yerli valyutada kredit reytinqlərinin "AA-/A-1+" olaraq təsdiqləndiyi bildirilib.

Mənfi proqnozun İsrail-Fələstin münaqişəsinin daha geniş əraziyə yayılması və İsrailin kredit ölçmələrinin gözlənildiyindən daha mənfi təsirə məruz qalması riskini əks etdirdiyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram