"S&P" İsrailin kredit reytinqini aşağı salıb | Banco.az

"S&P" İsrailin kredit reytinqini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq kredit reytinqi agentliyi “Standard Poor's” (SP) İsrailin kredit reytinqini aşağı salıb.

Banco.az xəbər verir ki, “Standard Poor's” (SP) gərginliyin intensivləşməsi səbəbindən son vaxtlar artan "geosiyasi risklər" səbəbiylə İsrailin kredit reytinqini "AA-"dən "A+"ya endirib.

“Biz əsasən müdafiə xərclərinin artması nəticəsində İsrailin ümumi hökumət kəsirinin 2024-cü ildə ÜDM-in 8 faizinə qədər artacağını proqnozlaşdırırıq”, agentliyin bəyanatında deyilir.

Qeyd edilir ki, reytinqin aşağı salınması İsrail-Həmas müharibəsinin və Hizbullah ilə münaqişənin İsrail iqtisadiyyatına agentliyin gözlədiyindən daha çox təsiri və ya eskalasiyası riskini əks etdirir.

Xatırladaq ki, bu ayın əvvəlində “Fitch” agentliyi isə İsraili “mənfi monitorinq”dən çıxarıb və “A+” reytinqini qoruyub saxlayıb. Fevral ayında da “Moody's” müharibə riskləri səbəbindən ölkənin kredit reytinqini aşağı salmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et