"S&P Global" Türkiyənin reytinq proqnozuna yenidən baxıb | Banco.az

"S&P Global" Türkiyənin reytinq proqnozuna yenidən baxıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“S&P Global” Türkiyənin kredit reytinqini "B" olaraq təsdiqləyərək reytinq proqnozunu sabitdən mənfiyə endirib.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “S&P Global” zəlzələ sonrası bərpa xərcləri və idarə oluna bilməyən inflyasiya kimi risklərə diqqət çəkərək Türkiyənin kredit reytinqini "B" olaraq təsdiqləyərək proqnozunu da "sabit"dən "neqativ"ə endirib.

Agentliyin hesabatında fevral ayında baş verən zəlzələlərdən sonra Türkiyənin ÜDM-nin 12 faizi qədər daxili və xarici maliyyəyə ehtiyacı olduğu bildirilib.

Artım proqnozlarının da yer aldığı hesabatda Türkiyə iqtisadiyyatının bu il 2,1 faiz, gələn il isə 2,8 faiz böyüməsinin gözlənildiyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et